İçeriğe geçmek için "Enter"a basın

AİB-den Nepala yardım

02-05-2015


xeber –

“Nepalda baş verən hadisələrlə bağlı başsağlığı veririk. Asiya İnkiaş Bankı təbii fəlakərin fəsadlarını aradan qaldırmaq üçün 2 milyon dollar qrant verilməsini təsdiqləyib”.

ANS PRESS-in məlumatına görə, bunu AİB-nin prezidenti Takehiko Nakao Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, zəlzələ qurbanlarına kömək etmək niyyətindədirlər:

“Zəlzələdə zərər çəkənlərə təxminən 200 milyon dollar pul ayıracağıq. Fəsadların aradan qaldırılması üçün işçi qrupu yaradacağıq. Bununla yanaşı, Nepalın maliyyə naziri ilə də görüşümüz baş tutacaq. Nepal hökuməti ilə əməkdaşlıq etmək fikrindəyik”, – deyə AİB prezidenti vurğulayıb.

Mənbə : Anspress.com

AİB-den Nepala yardım