İçeriğe geçmek için "Enter"a basın

20 gün sonra Bakı tamamile deyişecek – Video

02-05-2015


xeber –

I Avropa Oyunları ilə əlaqədar yollarda gedən təmir tikinti işləri may ayının ortalarına qədər davam edəcək.

ANS TV-nin məlumatına görə, oyunlarına hazırlıq məqsədilə paytaxtda yol infrastrukturu yenilənməkdədir. İşlər sürətlə davam etdirilir. Paytaxtın bəzi ərazilərində bir neçə yol ötürücüsü və körpü tikilir. Məsələn paytaxta şimal rayonlarından üz tutanlar üçün artıq avtovağzal dairəsindən Bakı Dairəvi yoluna doğru yeni körpü tikilməkdədir. Heydər Əliyev prospektinində isə artıq sonuncu köməkçi yolun asfalt qatının dəyişdirilməsi işləri aparılır. Bütün bu işlər “Azəryolservis” ASC tərəfindən I Avrop Oyunlarına hazırlıq mərhələsində həyata keçirilir.

Azəryolservis ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, may ayın 20-nə kimi son mərhələdə olan işlər artıq yekunlaşdırılacaq.

Bundan başqa qurum rəsmisi onu da əlavə etdi ki, son 20 gün ərzində tək yollar, körpülər deyil hətta piyada keçidlərinin yenidən qurulması və yol kənarlarında yaşıllaşdırma işlərinin həyata keçirilməsi də nəzərdə tutulur. Bundan başqa Bakı Dairəvi yolunun asfalt qatı yenilənir. Əlavə olaraq Dairəvi yolun kənarlarında yeni işıq dirəkləri qurulacaq.

Bir sözlə, 20 gündən sonra paytaxtda tamamilə başqa bir mənzərənin şahidi olacağıq.

Mənbə : Anspress.com

20 gün sonra Bakı tamamile deyişecek – Video