İçeriğe geçmek için "Enter"a basın

Mağaza ve ev oğruları ele keçirildi

02-05-2015


02.05.2015 / 14:51 xeber –

Sumqayıtda mağazada oğurluq etmiş şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhman Əhmədova və Vüsalə Yusifovaya məxsus mağazalardan ərzaq məhsulları, məişət əşyaları, tütün məmulatı və danışıq kartları oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Hacıbalayev tutulub.

 

Həmçinin, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da İsrail Zeynalovun evindən 2700 manat, 4 ədəd çek payı və qızıl əşyalar oğurlamış şəhər sakini Pərviz Səlimov da saxlanılıb.

Mənbə : Lent.az

Mağaza ve ev oğruları ele keçirildi