İçeriğe geçmek için "Enter"a basın

Sumqayıtda polise tabe olmayan şexsi tutdular

02-05-2015


xeber –

Sumqayıtda avtomobil qaçıran şəxslər müəyyən edilib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat naziliyin Kriminalistik Təhqiqatlar İdarəsi və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aparılıb.

Əməliyyat zamanı aprel ayının 27-də polisin qanuni tələblərinə tabe olmadığı üçün Sumqayıt şəhər sakini İsgəndər Atakişiyev saxlanılıb. Onun barəsində 5 gün müddətində həbs qərarı qəbul edilib.

Onun barəsində ətraflı araşdırmalar aparılıb. Araşdırmalar zamanı məlum olub ki, İsgəndər Atakişiyev dostu əvvəllər məhkum olunan Tamerlan Musayevlə birgə aprelin 27-də Anar Əzimova və Həşim Qasımova məxsus “Mercedes” markalı avtomobilləri də qaçırıblar.

Faktla bağlı araşdırmalar davam edir.

Mənbə : Anspress.com

Sumqayıtda polise tabe olmayan şexsi tutdular