İçeriğe geçmek için "Enter"a basın

Xüsusi teyinatlı polis qüvveleri emeliyyat keçirdi: 6 neferlik qrup hebs edildi

02-05-2015


02.05.2015 / 15:27 xeber –

 

2 avtomat, 1 tapança, 7 əl qumbarası, 800 qram partlayıcı maddə və narkotik maddələr aşkarlanıb

 

 

Azərbaycanın daxili işlər orqanları mütəşəkkil cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Mingəçevir və Şirvan şəhərlərində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib. Lent.az-ın “report”a istinadən məlumatına görə, nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və adları çəkilən şəhərlərin polis şöbələrinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan, narkotik vasitələrin külli miqdarda alqı-satqısı ilə məşğul olan, 4-ü əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 6 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb.

 

Baxış zamanı onlardan 2 avtomat, 1 tapança, 7 əl qumbarası, 800 qram partlayıcı maddə, 65 ədəd müxtəlif çaplı patron və digər silah-sursat, eyni zamanda, 6,5 kiloqrama yaxın narkotik vasitə olan tiryək və heroin götürülüb.

 

Faktla bağlı baş idarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və başqa cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mənbə : Lent.az

Xüsusi teyinatlı polis qüvveleri emeliyyat keçirdi: 6 neferlik qrup hebs edildi