İçeriğe geçmek için "Enter"a basın

İrevanda yeni Qarabağ şoku – Şekil

02-05-2015


xeber –

Ermənistanın populyar portallarından olan “Lragir”də bu gün dərc olunmuş xəritədə Azərbaycanın ərazi bütövlüyü təsdiq edilir.

ANS PRESS-in məlumatına görə, şərhçi İqor Muradyanın Türkiyə və İran münasiöbətlərinə həsr edilmiş məqaləsinə aid şəkil kimi yerləşdirilmiş xəritədə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi göstərilir. Bu, Ermənistandakı ənənəvi yanaşmadan köklü şəkildə fərqlənir. Çünki əksər erməni portallarında Dağlıq Qarabağ və işğal edilmiş digər rayonları Ermənistanın bir hissəsi kimi göstərirlər.

İqor Muradyanın məqaləsində daha bir məqam diqqəti çəkir. O, İranla Türkiyənin sərhədinin 1639-cu ildən dəyişmədiyini irəli sürür. Beləliklə, Muradyan əksər erməni politoloqlardan fərqli olaraq Azərbaycanın dövlət müstəqilliyinin tarixiliyini qəbul edir.

Əksər erməni politoloqlar isə Cənubi Qafqazda 1828-ci ilə qədər mövcud olmuş xanlıqları İranın tərkib hissəsi sayırlar və Azərbaycan dövlətçiliyinin yalnız 1918-ci ildə yarandığını iddia edirlər.

Mənbə : Anspress.com

İrevanda yeni Qarabağ şoku – Şekil