İçeriğe geçmek için "Enter"a basın

Rasim Musabeyov: Orda herbi-kriminal rejimdir – Video

02-05-2015


xeber –

Separatçı rejim Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri yerli politoloqlar da şərh edib.
ANS TV-nin məlumatına görə, politoloq Rasim Musabəyovun fikrincə, keçirilən seçkiləri təkcə Azərbaycan yox, heç bir dünya dövləti tanımır.

“Hamı gözəl bilir ki, orda hərbi-kriminal rejimdir. O hərbi-kriminal rejimin nəzarəti altında nə dərəcədə demokratik seçki keçirilə biləcəyi hamıya bəllidir. O seçkiləri təkcə Azərbaycan yox heç bir dünya dövləti tanımır”.

Dünən Azərbaycan Xarici İşlər Nazirliyi də qondarma seçkilərlə bağlı bəyənat yaymışdı. Bəyənatda deyilir ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin qanunsuz “parlament seçkiləri” keçirməsi Azərbaycan Respublikasının konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qanunsuz seçkilərdə “müşahidəçi” kimi iştirak edəcək şəxslərlə bağlı cinayət işi açılacağını da istisna etməyib.

Mənbə : Anspress.com

Rasim Musabeyov: Orda herbi-kriminal rejimdir – Video