İçeriğe geçmek için "Enter"a basın

Dünyanın izlediyi qızlar azadlıqda

02-05-2015


xeber –

Nigeriyada hərbçilər tərəfindən 234 qız və qadın “Boko Haram” ekstremist qruplaşmasının girovluğundan azad edib.

ANS PRESS-in məlumatına görə, əməliyyat ölkənin şimal-şərqində yaraqlıların möhkəmləndiyi Sambis meşə rayonunda aparılıb. Bununla da həftə ərzində islamçıların əsirliyindən azı 677 qadın və uşaq azadlığa çıxıb.

Nigeriya hökumət nümayəndələri bildiriblər ki, terror təşkilatının düşərgələrindən birinə hücum zamanı bəzi girovlar hərbçilərə atəş açıblar. Xilas edilmiş qadınlar tibbi müayinədən keçirilir, onlardan bəziləri hamilədir, bəziləri isə psixoloji zədə alıb.

“Amnesty İnternational”ın hesablamasına görə, 2014-cü ilin əvvəlindən terrorçu qruplaşma təqribən 2 min qızı və qadını əsir götürüb. Son 6 ildə “Boko Haram”ın hücumları nəticəsində Nigeriya və qonşu ölkələrdə 13 minədək insan ölüb, yarım milyon insan didərgin düşüb.

Mənbə : Anspress.com

Dünyanın izlediyi qızlar azadlıqda