İçeriğe geçmek için "Enter"a basın

Elgiz jurnalistleri toyuna buraxmayacaq

02-05-2015


02.05.2015 / 17:23 xeber –

Bir həftədən sonra toyu olacaq tanınmış teleaparıcı Elgiz Əkbər media nümayəndələrini toyuna buraxmayacaq. Lent.az-ın məlumatına görə, o, bu barədə ans press-ə açıqlama verib. Onun sözlərinə görə, toyu qapalı şəkildə keçiriləcəK: “Günlərdir jurnalistlər zəng vurub toyda çəkiliş aparmaq istədiklərini bildirirlər. Jurnalistlərin hər birinə böyük hörmətim var, çoxları ilə də dostam. Amma məni üzrlü hesab etsinlər, toyum media üçün tamamilə qapalı şəraitdə keçiriləcək. Qonaqlarımın rahatlığı naminə bu qərarı vermişəm. Dəvət olunanlar arasında tanınmış simalar az deyil, onların mənim məclisimdə sıxılmalarını istəmirəm. Toya gələcək hər kəs mənim əziz qonağımdır, istəmirəm özlərini narahat hiss etsinlər". 

Qeyd edək ki, mayın 9-da ANS TV-nin "Adam içində" verilişinin aparıcısı Elgiz Əkbərin toyu olacaq.

Mənbə : Lent.az

Elgiz jurnalistleri toyuna buraxmayacaq