İçeriğe geçmek için "Enter"a basın

Yük maşını aşdı, sürücü öldü

02-05-2015


02.05.2015 / 18:35 xeber –

Bakının Xətai rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus avtonəqliyyat sexində qəza baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, "Man" markalı yük avtomobilin sürücüsü avtomobili təmir etmək məqsədilə yük platformasını qaldırıb. Avtomobildə olan texniki nasazlıq nəticəsində yük platforması aşıb, sürücü platforma və avtomobilin şassisi arasında qalaraq vəfat edib.

 

Xilasedicilər sürücünün meyitini təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil verib.

Mənbə : Lent.az

Yük maşını aşdı, sürücü öldü