İçeriğe geçmek için "Enter"a basın

“London taksi”leri Avropa Oyunlarına göre yeniden dizayn edilib

02-05-2015


02.05.2015 / 18:57 xeber –

 

 

“Bakı 2015” I Avropa Oyunlarının biletlərinin satışını təbliğ etmək məqsədilə, Bakının məşhur çəhrayı taksiləri (“London taksi”ləri) yenidən dizayn olunub.

 

I Avropa Oyunları Əməliyyat Komitəsindən Lent.az-a verilən məlumata görə, yeni dizaynda olan 250-dən çox “London taksi”lərini qarşıdakı həftələrdə Bakının hər bir yerində görmək olacaq.

 

Yeni dizayn olunmuş taksilər haqqında danışan, “Bakı 2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq deyib: “London üslublu bu taksilər Bakının rəmzlərindən birinə çevrilib və onların iyunun 12-də start götürəcək Avropa Oyunlarının təbliğatında iştirakına yalnız məmnun ola bilərik. Bilet satışının indiyədək olan vəziyyətindən də məmnunuq. Oyunları izləmək və Azərbaycan komandasını dəstəkləmək üçün xeyli sayda insanın tribunalarda görmək bizi xüsusilə sevindirir”.

 

Açılış və bağlanış mərasimləri də daxil olmaqla bütün yarışlar üçün biletləri www.baku2015.com saytından onlayn qaydada və ya Bakının müxtəlif yerlərindəki bilet satış məntəqələrindən almaq olar.

 

Bilet satışı haqqında ətraflı məlumatı “Bakı 2015”in rəsmi internet səhifəsindən, yaxud 2015 telefon nömrəsinə zəng etməklə tamaşaçı məlumat mərkəzindən əldə etmək mümkündür. Yaşı 16-dan aşağı olan yeniyetmələr və uşaqlar, əlində arenalara giriş üçün etibarlı bileti olan böyüklərin müşayiəti ilə, əksər yarışları izləmək üçün pulsuz giriş hüququna malik olacaqlar.

Mənbə : Lent.az

“London taksi”leri Avropa Oyunlarına göre yeniden dizayn edilib