İçeriğe geçmek için "Enter"a basın

Şimali Koreya liderinden dünyada görünmemiş edam qerarı – Video

02-05-2015


xeber –

Şimali Koreya prezidenti Kim Çen In bu dəfə məhkumları zenit-raket kompleksləri ilə edam etdirib.

ANS PRESS-in məlumatına görə, Şimali Koreya İnsan Haqları İzləmə Təşkilatının yayımladığı və ötən ilin oktyabr ayına aid olduğu bildirilən peyk fotosu bütün faktları üzə çıxarır. Şəkildən aydın olur ki, məhkumlar yan-yana düzülüb və zenit-raket kompleksləri onlara tuşlanıb.

Paytaxt Pxenyan yaxınındakı Kanqqon hərbi təhsil ocağında çəkilən görüntülərdə 6 ədəd ZPU-4 tipli hərbi texnika diqqət çəkir. Sözügedən silahlar məhkumlara 90 metr məsafədə yerləşdirilib.

Fotonun aylardır mütəxəssislər tərəfindən araşdırıldığını ifadə edən təşkilat bu görünüşlərin başqa bir anlama gələ bilməyəcəyini dilə gətirib. 50 kalibrli bir zenit mərmisi təxminən 24 pulemyotun atəş gücünə ekvivalentdir. Bu cür edam nəticəsində insanların bədəni parça-parça olur.

Mənbə : Anspress.com

Şimali Koreya liderinden dünyada görünmemiş edam qerarı – Video