İçeriğe geçmek için "Enter"a basın

Türkiyə Baş Naziri Davudoğludan sərt reaksiya

14-12-2014

davudoglusertreaksiya14 Dekabr 2014 yəni bugün başlayan və Türkiyənin bir çox şəhərində baş tutan həbs dalğalarına Elazığ şəhərində olan baş nazir Əhməd Davudoğlu münasibət bildirib.

ANS TV-nin məlumatına görə, hamının öz hərəkətlərinə görə cavab verəcəyini deyən baş nazir, müxalifət lideri Kamal Kılıçdaroğlunu da, dövlətə qarşı fəaliyyətdə ittiham edib.

Davudoğlunun sözlərinə görə, o, paralel qurumların dili ilə Milli Kəşfiyyat Təşkilatına hücumlar edir: “Eyni dillə Türkiyə Cümhuriyyətini, hökumətimizi və demokratiyanı yıxmağa çalışır. Bu gün imtahan günüdür. Hər kəs etdiklərinin və bu ölkədə demokratiyaya qarşı fəaliyyətiinin hesabını verəcək, demokratiyanın yanında yer alarsa mükafatını da görəcək”.

Anspress

Türkiyə Baş Naziri Davudoğludan sərt reaksiya