İçeriğe geçmek için "Enter"a basın

Məmur nəvəsinin ”Gelandewagen”lə ağır qəzası: ölü və yaralılar var

04-08-2017

Bakıda dünən gecə iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Virtualaz.org-un məlumatına görə, bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində qəzaya uğrayan “Mercedes Galendevagen” baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova məxsusdur.

“Qafqazinfo” xəbər verir ki, sözügedən “Mercedes Galendewagen” avtomobili “10 PP 203” dövlət nömrə nişanlı olub və həmin vaxt baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev də maşında olub. O, qəza nəticəsində ağır bədən xəsarətləri alıb. Hadisə baş verən kimi Həsənovun nəvəsi maşından təcili çıxarılaraq aparılıb.

Paytaxtın Heydər Əliyev prospektində baş verən qəzada ölən və yaralananların adları açıqlanıb.

Azadliq.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Polisdən, həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

“Qaçqınkom” sədrinin nəvəsi qəzaya düşən “Galendewagen”i ilə – Foto

Məmur nəvəsinin ”Gelandewagen”lə ağır qəzası: ölü və yaralılar var