İçeriğe geçmek için "Enter"a basın

Rusiyada rublun çöküşü

17-12-2014

rusrublu

 

Rusiyanın baş naziri Dmitri Medvedyev dollar  və evronun rubl qarşısında yüksəlişini önləmək üçün təcili nazirləri toplantıya çağırdı.

Toplantıdan sonra İqtisadi İnkişaf Naziri Aleksey  V. Ulyukayev toplantının məqsədini açıqladı.İndiki vəziyyətdə bankaçılıq sektorunun dəstəklənməsinin vacib olduğunu söylədi. Eyni zamanda Rusiya Mərkəz Bankının faiz artışında gec qaldığını da sözlərinə əlavə etdi.Rublun dollar qarşısındakı çöküşünü önləmək üçün dollar likitini artırmaq ,daxili Bazardakı  təklif və tələb arasındakı tarazlığı qorumaq üçün çalışmalara başladıqlarını qeyd etdi.

Toplantıda dollara məhdudiyyət gətirilməsinin danışılmadığını söyləyən Ulyukayev insanların hər zaman işlətdikləri pul vahidini mühafizə etmələrini tövsiyə etdi.

Xatırladaq ki,2014-ün mart ayının əvəllərində yəni Rusiyaya tətbiq olan ambarqolardan əvvəl 36 olan dolların kursu dünən 80 rubla dayandı. 9 ayda iki qatdan artıq artdığı görülür.

Aleksey V. Ulyukayev Bankaçılıq şöbəsində bəzi qanuni dəyişikliklərə gedəcəklərini də sözlərinə əlavə etdi.

 

Azadliq.az

 

Rusiyada rublun çöküşü