İçeriğe geçmek için "Enter"a basın

Rusiyada rublun çöküşü intihar gətirdi

17-12-2014

rublunçöküşü

 

Rusiyada rublun çöküşünün sarsıntıları artıq yavaş-yavaş duyulmaya başladı.
Moskvanın Tver küçəsində, “Nasional” mehmanxanasında biznesmen intihar edib.
Rusiya mediasına istinadən verdiyi məlumata görə, 68 yaşlı biznesmen İvan Şervaşidzenin intihar anı mehmanxananın kameralarına düşüb.
Biznesmen intiharı etməzdən əvvəl bir müddət dəhlizdə gəzişib. Onun əlində çanta və paket olub. Bəzi məlumatlara görə, biznesmenin əlindəki silah 9 millimetr kalibrli İtaliya istehsalı “Lyuqer” tapançasıdır. O, tapançanın lüləsini  ağzına qoyaraq tətiyi basıb.
Atəşin səsinə gələn mehmanxana işçiləri polisi çağırıb. Biznesmenin cəsədinin müayinəsi zamanı tədqiqatçılar onun üzərində ölümqabağı qeydi aşkarlayıblar. İvan Şervaşidze onun külünün Qara dənizin üstünə səpələnməsini xahiş edib. Onun üzərindən həmçinin bəzi sənədlər və vəsiyyət blankları tapılıb.
Musiqi alətləri və musiqi avadanlığının satışı üzrə şirkətə başçılıq edən biznesmen intiharı əvvəlcədən planlaşdırıb və mirasını yaxın insanları arasında bölüşdürüb.  İddiaya görə, ölkədə iqtisadi vəziyyətin pisləşməsi onun rəhbərlik etdiyi şirkətin işinə də mənfi təsir edib.
Rusiya Federasiyasının İstintaq Komitəsinin Moskva üzrə İdarəsi hadisə ilə bağlı cinayət işi qaldırıb.
Başda ABD və Avropanın Rusiyaya qoyduğu ambarqoların insanların həyatında nə qədər çətinliklər yaratdığını əvvəlcədən rus iqtisadçılarının və təbii ki, rus hökümətinin hesablaması lazım idi.
Rusiyada rublun çöküşü intihar gətirdi