İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda korrupsiya ilə bağlı 180 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib

30-09-2017

[r32]

30 Sentyabr, 2017  09:52 xeber – “Son bir ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 232 şəxs barəsində 180 işin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib”. 
“Report” xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildiirb.
Baş prokuror qeyd edib ki, həmin cinayət işləri əsasən mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, səhlənkarlıq, hüquq verən rəsmi sənədləri istifadə etmə məqsədilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə və digər faktlarla əlaqədardır: “İstintaqı başa çatdırılan işlər üzrə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 30 təqdimat verilib, həmin təqdimatlara əsasən, bir sıra işçilər intizam qaydasında cəzalandırılıb, aşkar edilən qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib”.
Onun sözlərinə görə, ötən bir il ərzində Baş İdarə tərəfindən vətəndaşların 6571 müraciətinə baxılıb, əlaqəli dövlət qurumları ilə birgə görülən tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan ilkin müraciətlərin böyük əksəriyyətinin müsbət həll olunması təmin edilib, 7 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, həmçinin digər müraciətlər üzrə qanunla nəzərdə tutulan müvafiq tədbirlər görülüb: “Başlanılan cinayət işlərinin bir qismi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib, digərləri üzrə isə istintaq davam etdirilir. Bu müraciətlərlə bağlı Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar verilib, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam tənbehi qaydasında cəzalandırılıb, aşkar edilən qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib. Aşkar edilən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin, habelə bu sahələrdə mövcud qanunvericilikdəki boşluq və çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim olunub”.

mənbə :
Report.az

Azerbaycanda korrupsiya ile bagli 180 cinayet isinin istintaqi tamamlanaraq mehkemelere gonderilib