İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan 'EXPO-2025' sərgisinin Bakıda keçirilməsi üçün sənədləri BIE-yə təqdim edib

30-09-2017

[r32]

30 Sentyabr, 2017  11:50 xeber – Azərbaycan “EXPO-2025” universal sərgisinin Bakıda keçirilməsi üçün sənədləri Beynəlxalq Sərgi Bürosuna (BIE) təqdim edib.
“Report”un məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov təşkilatın baş katibinin müavini Dimitri Kerkentzeslə görüşüb. 
Görüşdə Bakının “EXPO-2025” sərgisinə ev sahibliyi etməsi məsələsi müzakirə olunub və E.Əmirbəyov bununla bağlı sənədləri təqdim edib.
Bakı ilə yanaşı Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də “EXPO-2025” universal sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb. 
Bundan sonra BIE-nin qiymətləndirmə missiyası hər bir şəhəri ziyarət edərək, onların “EXPO-2025” keçirtmək şanslarını dəyərləndirəcək. Qalib şəhər 2018-ci ilin noyabrında BIE-nin 164-cü Baş Assambleyasında müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycan “EXPO-2025″i mayın 10-dan noyabrın 10-a qədər təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalın inkişafı, daha yaxşı gələcəyin qurulması” olacaq.
Xatırladaq ki, növbəti universal sərgisi 2020-ci ildə Dubayda keçiriləcək.

mənbə :
Report.az

Azerbaycan 'EXPO-2025' sergisinin Bakida kecirilmesi ucun senedleri BİE-ye teqdim edib