İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı mütəxəssislər Parisdə beynəlxalq ekspertlər qrupunun iclasına qatılıb

30-09-2017

[r32]

30 Sentyabr, 2017  13:06 xeber – Fransanın paytaxtı Paris şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK), Avropa İttifaqının Statistika Bürosu (Avrostat), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Avropa Azad Ticarət Assosiasiyasının (AATA) birgə təşkil etdiyi biznes registr üzrə ekspertlər qrupunun iclasına azərbaycanlı eksperlər də qatılıb.
“Report” un Fransa bürosu məlumat verir ki, tədbirdə Azərbaycan Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi müdirinin müavini Toğrul Əcəlov və Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Xəqani Məmmədov iştirak ediblər.
Onlar Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən aparılan “Statistik vahidlərin Dövlət reyestrinin yaradılması və aparılması” təcrübəsini təqdim ediblər.
Üç gün davam edən tədbirdə statistik istehsal prosesinin təkmilləşdirilməsində biznes registrin rolu, coğrafi informasiya sistemi ilə biznes registrin inteqrasiyası, biznes registrin digər məlumat mənbələri ilə inteqrasiyasından biznes demoqrafiyasına dair məlumatların əldə edilməsi, keyfiyyətin ölçülməsi və idarə olunması, inzibati məlumat mənbələrindən və mikro məlumatlardan daha əlverişli istifadə və qloballaşmaya dair mövzular müzakirə edilib.

mənbə :
Report.az

Azerbaycanli mutexessisler Parisde beynelxalq ekspertler qrupunun iclasina qatilib