İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda 'Influencer' Akademiyası yaradılacaq

30-09-2017

[r32]

30 Sentyabr, 2017  14:47 xeber – Azərbaycanda yaxın gələcəkdə “Influencer” Akademiyasının yaradılması planlaşdırılır. 
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Influencer day” tədbirində çıxış edən “Keepface” şirkətinin (“Influencer” platforması) həmtəsisçisi Emin Vəliyev deyib.
E.Vəliyev hesab edir ki, Azərbaycanda yeni olan bu trend yaxın illərdə daha da populyarlaşacaq.
“Influencer”lərin təsnifatlarını açıqlayan E.Vəliyev bildirib ki, sonuncu olan, beşinci təsnifat qrupuna daxil olan sosial şəbəkələrdəki “Səhifələr” və “Qruplar” üstünlük əldə edəcəklər.
Qeyd edək ki, ümumilikdə “Influencer”lər 5 təsnifata – məşhurlar, kreatorlar, engeycerlər, mikro influenserlər, səhifələr və qruplara bölünürlər.

mənbə :
Report.az

Azerbaycanda 'İnfluencer' Akademiyasi yaradilacaq