İçeriğe geçmek için "Enter"a basın

ŞHK-nın təsisçilərindən biri dünyasını dəyişib

30-09-2017

[r32]

30 Sentyabr, 2017  18:59 xeber – Şən və Hazırcavablar Klubunun (ŞHK) təsisçilərindən biri olan şair və yazıçı Andrey Menşikov 72 yaşında Moskvada dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə mərhumun ailə üzvlərinə istinadən “İnterfax” məlumat yayıb.
Menşikov 1960-cı illərdə ŞHK-nın mənbəyində duran şəxslərdən biri olub, Moskva İnşaat Mühəndisləri İnstitutunun komandasına rəhbərlik edib.
Qeyd olunur ki, o, 1986-cı ildə ŞHK-nın yenidən dirçəldilməsinin təşəbbüskarlarından biri olub.
Menşikov yüzdən çox mahnı və şeirin müəllifidir. O, uzun müddət Sovet və Rusiya televiziyasında işləyib.

mənbə :
Report.az

SHK-nin tesiscilerinden biri dunyasini deyisib