İçeriğe geçmek için "Enter"a basın

ADNSU-nun rektoru TUİB-in iclasında iştirak edib

30-09-2017

[r32]

30 Sentyabr, 2017  19:57 xeber – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Bakıda keçirilmiş “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi”nin (TUİB) növbəti dönəm “Ümumi Yığıncağının” iclasında iştirak edib.
“Report” xəbər verir ki, Mustafa Babanlı iclasda çıxış edərək ADNSU-dakı tədris prosesi barədə məlumat verib.
Hazırda ADNSU-da 11 min tələbənin təhsil aldığını qeyd edən rektor M.Babanlı universitetdə gerçəkləşdirilən layihələr, o cümlədən gündəlik təcrübə proqramı, İT Akademiyalar, “eazi START” Startap və İnnovasiya Mərkəzi haqqında danışıb. Hazırda ADNSU-nun nəzdindəki startap məktəbinin tələbələrinin bir neçə layihəsinin istehsala hazır olduğunu qeyd edən rektor M.Babanlı gənclərin ideyalarının gerçəkləşdirilməsi üçün investisiyaların vacib olduğunu bildirib. O tədbirdə iştirak edən iş adamlarını gənc startapçıların layihələri ilə tanlış olmaq üçün universitetə dəvət edib.
İclasda Türkiyə və Azərbaycanı təmsil edən iş adamları hər iki ölkədə investisiyaların artırılması məsələsini müzakirə ediblər. İş adamları həm Türkiyə, həm də Azərbaycanda əlverişli iş mühitinin olduğunu qeyd edib və gələcəkdə bu istiqamətdə işlərin daha da gücləndirilməsinin labüd olduğunu qeyd ediblər.

mənbə :
Report.az

ADNSU-nun rektoru TUİB-in iclasinda istirak edib