İçeriğe geçmek için "Enter"a basın

Merkezi bank tapşırıq verdi – Video

20-05-2015


xeber –

I Avropa Oyunları ilə bağlı banklara tapşırıq verildi.

ANS TV-nin məlumatına görə, Mərkəzi Bankın əsas tapşırığı Avropa Oyunları zamanı bankomat və POS-terminalların stabil fəaliyyətinin təmin olunması ilə bağlıdır. Bu məqsədlə bank rəhbərlərinə göstəriş verilib ki, bankomatların kifayət qədər milli və xarici valyutada nağd pul ilə təchiz edilməsi, həmçinin, texniki baxımdan daima işlək vəziyyətdə olmasının monitorinqini aparsınlar.

Banklar tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, eyni zamanda şəhər mərkəzində yerləşən ticarət obyektlərində satıcıları POS-terminallardan istifadə qaydaları barədə məlumatlandırmalıdır. Bu pos-terminalların işlək vəziyyətdə olmasına da banklar nəzarət edəcək. Hər bir bankda bütün bu işləri əlaqələndirmək məqsədi ilə rəhbərlik səviyyəsində məsul şəxslər ayrılacaq.

Mənbə : Anspress.com

Merkezi bank tapşırıq verdi – Video