İçeriğe geçmek için "Enter"a basın

Türk senetçi Bakıdakı facie ile bağlı konsertini texire saldı

20-05-2015


xeber –

Türkiyənin məşhur opera ifaçısı Oya Ergün 22-si mayda verəcəyi konsertini dünən Bakının Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar olaraq təxirə salınıb.

Bu barədə ANS PRESS-ə açıqlama vərən Ergün, konsertinin gözlənilməz faciə ilə əlaqədar, təxirə saldığını bildirib:

“Mən bu dəhşətli faciə ilə əlaqədar konsertimi təxirə saldım. Çox ağır bir itkidir. Sözlərlə ifadə edilməz bir acıdır. Əziz Azərbaycan xalqı! Bakıda baş verən yanğın hadisəsi ilə bağlı öz dərin kədərimi bildirir, hadisə nəticəsində həyatını itirən qardaş və bacılarımıza Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara isə şəfa diləyirəm. Ən dəhşətlisi yanğında olanların arasında azyaşlı uşaqların da olmasıdır. Bu acımızı ikiqat çoxaldır. Allahın rəhminə sığınaraq geridə qalan yaralıların sağ salamat sağalmalarını diləyirəm”.

Qeyd edək ki, Oya Ergünün konserti may ayının 22-də saat 20:00-da Bakı Alman mədəniyyət evində keçirilməsi planlaşdırılırdı.

Mənbə : Anspress.com

Türk senetçi Bakıdakı facie ile bağlı konsertini texire saldı