İçeriğe geçmek için "Enter"a basın

Bakıda polis reisi öldü

20-05-2015


xeber –

Bu gün paytaxtda polis polkovniki dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis polkovniki, 1964-cü il təvəllüdlü Elsevər Hüseynov vəfat edib.

Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Elsevər Hüseynov 1986-cı ildə Texniki Universiteti bitirib. Mərhum 1990-cı ildən Daxili İşlər Nazirliyində çalışıb. Bir çox əməliyyatlarda iştirak edib. O, təltif və mükafatlara layiq görlüb.

Allah rəhmət eləsin!

Mənbə : Anspress.com

Bakıda polis reisi öldü