İçeriğe geçmek için "Enter"a basın

“Orel i Reşka” Bakıda – Şekil

20-05-2015


xeber –

Rusiyanın daha bir məşhur proqramı Azərbaycanda çəkiliş edib. ANS PRESS-in məlumatına görə, bu dəfə paytaxtımızın qonağı “Orel i Reşka Şoppinq” (Oрел и Решка шопинг) olub.

Rusiyanın əyləncə kanalı olan “Pyatnitsa”da yayımlanan verilişin aparıcıları Mariya İvakova və Anton Lavrentyev Bakıda olan fotolarını İnstagram da paylaşıb.

Onların fotosu Alov qüllələrinin fonunda, Xəzərin sahilində çəkilib.

Adıçəkilən veriliş həftənin bazar ertəsi və çərşənbə axşamları yayımlanır. Bakı haqqında buraxlışın nə zaman efirə çıxacağı bəlli deyil.

Qeyd edək ki, verilişdə aparıcılar qəpik pul atır və seçilən iştirakçı həftəsonunu limitsiz kredit kartı, digəri isə cəmi 100 dollarla keçirməli olur. Həftənin zəngini getdikləri ölkədə nəyi və haradan alınmalı olduqları barədə məsləhətlər verir.

Daha öncə də də adıçəkilən verilişin çəkiliş qrupu iki dəfə Azərbaycanda olub.



Mənbə : Anspress.com

“Orel i Reşka” Bakıda – Şekil