İçeriğe geçmek için "Enter"a basın

“Oksigen balonumu boğulan qadına verdim, üçüncü mertebede huşumu itirdim” – XİLASEDİCİ DANIŞDI

20-05-2015


20.05.2015 / 17:33 xeber –

Mayın 19-da paytaxtın Binəqədi rayonunda yaşayış binasında baş verən yanğının qarşısının alınmasına digər rayonların yanğınsöndürənləri və xilasediciləri cəlb olunmuşdular. Onların səyi nəticəsində mənzillərə dolan tüstüdən boğularaq huşsuz vəziyyətdə dəhlizlərdə qalan bir neçə sakinin həyatı xilas edildi. Həmin an həyatını riskə ataraq mənzillərdən birinə keçən və insanları xilas edənlərdən biri də Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin xilasedicisi Ruslan Əliyevdir: "Yeddinci mərtəbəyə çatdım, batareyanın işığını saldım, gördüm ki, bir qadın huşunu itirmiş vəziyyətdə uzanıb. Tez onu xilas etdim".

 

Ruslan 6 ildir Fövqəladə Hallar Nazirliyində xilasedici işləyir. Dediyinə görə, mayın 19-da iştirak etdiyi xilasetmə əməliyyatı gördüyü ən ciddi və miqyasına görə böyük yanğınlardan biri olub. Ən çətini isə yanan binanın dəhlizinə daxil olmaq olub. Söhbət açdığı mənzilə daxil olanda qapı açıq imiş. Ruslan öz hava balonunu çıxararaq dəhlizdə uzanan qadına hava verib: "Hava verdim, bir az sinəsinə basdım, ağzından köpük gəlirdi. Gözlərini açıb yumurdu, üzünə bir-iki sillə vurdum ki, özünə gəlsin, aparıb aşağı çatdıra bilim".

 

Qadını belinə alan Ruslan yoldaşlarına içəridə uşaqların olduğunu deyib və qadını aşağı düşürüb. İkinci mərtəbəyə çatanda isə çoxlu tüstü udduğundan huşunu itirib. Gözünü bir də xəstəxanada açıb: "Xəstəxanada gözümü açıb ayılanda həmin xanımla eyni palatada idik. Əli ilə təşəkkürünü bildirdi. Heç birimiz danışa bilmirdik. Ağzımızda maska vardı. Məni tanıdı, yəqin ki, yaddaşında qalmışdım. Allah köməyi olsun!" 

 

İndi evdə ambulator müalicə alan xilasedici tezliklə yenidən iş başına, yoldaşlarının yanına qayıdacağı günü səbirsizliklə gözləyir.

Mənbə : Lent.az

“Oksigen balonumu boğulan qadına verdim, üçüncü mertebede huşumu itirdim” – XİLASEDİCİ DANIŞDI