İçeriğe geçmek için "Enter"a basın

Putinin bakılı müşaviri öldü

20-05-2015


xeber –

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Kaluqa vilayəti üzrə mədəniyyət məsələləri müşaviri, azərbaycanlı rəssam 75 yaşlı Sadıq İman oğlu Bağırov dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, mərhumla vida mərasimi Azərbaycan, Tatarıstan və Dağıstan diasporunun nümayəndələri iştirakı ilə Kaluqa şəhərində keçirilib və onun nəşi Kaluqanın Litvinski məzarlığında torpağa tapşırılıb.

Qeyd edək ki, tanınmış ictimai xadim Sadıq Bağırov 1940-сı ildə Bakı şəhərində anadan olub, 1978-ci ildən Kaluqada yaşayır. Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət və respublika sərgilərinin iştirakçısı idi. Yaratdığı onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır.

Allah rəhmət eləsin!

Mənbə : Anspress.com

Putinin bakılı müşaviri öldü