İçeriğe geçmek için "Enter"a basın

Yanan binadan qalan dehşetli görüntüler – Şekil

20-05-2015


xeber –

Bakının Binəqədi rayonunda yanan binanın söküləcəyi barədə söz-söhbət gedir. Bina sakinlərinin sözlərinə görə, yanğın nəticəsində istismara yararsız hala düşən tikilinin təmir-bərpa işləri mümkün deyil. Lakin rəsmilər hələlik öz qərarlarını verməyiblər.

ANS PRESS-in məlumatına görə, hazırda hadisə yerində yoxlama işlərini həyata keçirən komissiya rəy verəndən sonra bu barədə qərar veriləcək.

Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, araşdırmalardan sonra binanın söküləcəyi, yaxud əsaslı təmir olunacağı barədə yekun qərar veriləcək. O vaxta kimi isə bina sakinləri yaşayış üçün lazım ola bütün vasitələrlə təmin ediləcək.

Bu gün Prezident İlham Əliyev yanğın baş verən Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında olub. İlham Əliyev bildirib ki, yanğın baş verən binada təmir işləri aparılacaq.

Qeyd edək ki, ötən gün səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib.

Yanğın baş verən əraziyə çox sayda insan və polis əməkdaşı toplaşıb. Son məlumatlara görə, dəhşətli yanğın nəticəsində 15 nəfər ölüb, 56 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Mənbə : Anspress.com

Yanan binadan qalan dehşetli görüntüler – Şekil