İçeriğe geçmek için "Enter"a basın

Almaniyadan başsağlığı

20-05-2015


xeber –

Almaniya səfirliyi başsağlığı verib. ANS PRESS-in məlumatına görə, bu barədə səfirliyin soaial şəbəkədəki səhifəsində məlumat yerləşdirilib.

Mesajda deyliri: “Səfirlik Azadlıq prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında həyatını itirənlərə görə dərin kədər hissi keçirir. Yanğın qurbanlarının ailə üzvlərinə və onların dostlarına dərin hüznlə başsağlığı veririk. Çoxsaylı yaralıların tez bir zamanda sağalmasını arzu edirik”.

Xatırladaq ki, yanğın hadisəsi ötən gün saat 11 radələrində Binəqədi rayonunda baş verib. Hadisə nəticəsində 15 nəfər ölüb, 56 nəfər yaralanıb.

Faciə ilə bağlı bir çox ölkələr Azərbaycana başsağlığı verib.

Mənbə : Anspress.com

Almaniyadan başsağlığı