İçeriğe geçmek için "Enter"a basın

Nazir: “Hazırda xestexanalarda 14 yaralı var, veziyyetleri kafidir”

20-05-2015


20.05.2015 / 18:19 xeber –

 

"Bakı şəhərində baş verən yanğın zamanı hadisə yerində təcili yardım briqadaları tərəfindən 56 nəfərə tibbi yardım göstərilib, onlardan 41-i xəstəxanalara yerləşdirilib". APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının prezidentİlham Əliyevin rəhbərliyi ilə keçirilən ilk iclasında çıxışı zamanı deyib. O bildirib ki, xəstəxanaya yerləşdirilənlərdən 16-sı lazımi yardım göstərilərək axşam buraxılıb.

 

Nazir hazırda xəstəxanalarda 14 xəstənin olduğunu söyləyib: “Onların vəziyyəti kafidir və aralarında çox ağır vəziyyətdə olan xəstə yoxdur. Hadisə nəticəsində 15 ölüm hadisəsi olub. Binadan 14 meyit çıxarılıb, bir nəfər – 68 yaşlı qadın isə gecə vəfat edib”. 

 

Mənbə : Lent.az

Nazir: “Hazırda xestexanalarda 14 yaralı var, veziyyetleri kafidir”