İçeriğe geçmek için "Enter"a basın

Prezidentden İlham Əliyeve mektub

20-05-2015


xeber –

Rumıniyanın prezidenti Klaus İohannis dövlət başçısı İlham Əliyevi təbrik edib.

ANS PRESS-in məlumatına görə, məktubda deyilir:

“28 May – Respublika Günü münasibətilə Sizə Rumıniya xalqı adından ən səmimi təbriklərimi və yüksək nailiyyətlər arzularımı çatdırmaqdan məmnunam.

Rumıniya ilə Azərbaycan arasında strateji əməkdaşlıq səviyyəsinə yüksələn dostluq münasibətlərimiz ölkələrimizin iqtisadi əlaqələrinin inkişafına imkan yaradılmasını təmin edir. Əminəm ki, biz ölkələrimiz arasındakı münasibətlərin bu kontekstdə əsaslı surətdə daha da dərinləşməsini təmin edə bilərik. Sizi Rumıniyaya səfərə dəvət etməkdən şərəf duyuram.

Cənab prezident, xahiş edirəm, sizə olan dərin ehtiramımı qəbul edin”.

Mənbə : Anspress.com

Prezidentden İlham Əliyeve mektub