İçeriğe geçmek için "Enter"a basın

Prezidentden yanğında helak olanların ailelerine maddi yardımla bağlı TAPŞIRIQ

20-05-2015


20.05.2015 / 19:18 xeber –

 

"Nazirlər Kabineti tezliklə Bakının Binəqədi rayonundan yerləşən 16 mərtəbəli binada baş verən yanğın zamanı həlak olanların ailələrinə veriləcək maddi yardımın həcmini müəyyən etməlidir".

 

APA-nın məlumatına görə, bunu bu gün Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı prezident İlham Əliyevdeyib.

 

“Bu məsələdə yubanma olmamalıdır. O vaxta qədər Bakı şəhər İcra Hakimiyyəti bütün işləri öz üzərinə götürür”, – deyə ölkə başçısı qeyd edib.

 

Ölkə başçısının bu göstərişindən sonra komissiyanın sədri, baş nazirin müavini Abid Şərifov deyib ki, komissiya tərəfindən ailənin tərkibindən və mənzilin sahəsindən asılı olaraq, ailə başına 30-35 min manat həcmində maddi yardımın ayrılması təklif olunur.

 

Təklifə cavab olaraq prezident qeyd edib ki, ilk növbədə maddi yardım ayrılmalı, bu, mənzilin sahəsinə görə olmamalıdır. Bununla yanaşı, ölkə başçısı qeyd edib ki, mənzillərin təmiri dövlət hesabına aparılmalıdır. Bundan başqa, prezident göstəriş verib ki, hadisə zamanı xəsarət alanlara da maddi yardım ayrılmalı, bu yardımın həcmi tez bir zamanda müəyyən olunmalıdır.

 

Dövlət başçısı əlavə edib ki, ziyan dəyən bütün əşyaların yeniləri ilə əvəz olunması da dövlət vəsaitləri hesabına aparılmalıdır.

 

Prezident qeyd edib ki, yanğın zamanı sakinlərin sənədləri məhv olub ki, bunların da bərpasında dövlət qurumları sakinlərə öz yardımını göstərməlidir: “Sənədlərin bərpası ilə Daxili İşlər Nazirliyi və ASAN xidmət məşğul olmalıdır və vətəndaşlara bütün yardımı göstərməlidir”.

 

Prezident İlham Əliyev qeyd edib ki, sakinlərə müvafiq maddi yardımın ayrılması ilə bağlı komissiya tərəfindən təkliflər qəbul edildikdən sonra dövlət başçısı tərəfindən müvafiq sərəncam imzalanacaq.

 

Mənbə : Lent.az

Prezidentden yanğında helak olanların ailelerine maddi yardımla bağlı TAPŞIRIQ