İçeriğe geçmek için "Enter"a basın

Elnur görüşe qara lentle geldi – Video

20-05-2015


xeber –

Azərbaycanın “Eurovision” təmsilçisi Elnur Hüseynov ilk yarımfinalına qara lentlə gəlib.

ANS PRESS-in AZƏRTAC-a istinadən verdiyi məlumatına görə, ifaçı bununla dünən Bakıda 16 mərtəbəli binada baş verən yanğın zamanı zərərçəkənlərə dəstək olduğunu bildiirb.

“Həmin faciədə çox insan öldü. Allah rəhmət etsin. Həyatda hər şey olur. Bir söz tapıb deyə bilmirəm”, – deyən ifaçı belə hallarda hər kəsin birləşməli olduğunu, bir-birinə dəstək olmalı olduğunu deyib.

Xatırladaq ki, “Eurovision-2015” mahnı müsabiqəsinin ilk yarımfinalı dünən Vyanada keçirilib. İkinci yarımfinal sabah – mayın 21-də, final isə mayın 23-də olacaq.

Mənbə : Anspress.com

Elnur görüşe qara lentle geldi – Video