İçeriğe geçmek için "Enter"a basın

Kemaleddin Heyderov: "Defelerle bu işlerin ekspertizasız aparıldığı barede xeberdarlıq etmişik" – YENİLƏNİB

20-05-2015


20.05.2015 / 19:26 xeber –

“Ölkədə isə bu qəbildən olan 263 bina var”

Bakıda mayın 19-da yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 150 nəfərdən çox canlı qüvvəsi və 40 texnikası cəlb olunub.

 

APA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziriKəmaləddin Heydərov Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan prezidentinin rəhbərliyi ilə keçirilən ilk iclasında deyib.

 

 

Nazir bildirib ki, yanğın barədə nazirliyə dünən saat 10.50-də məlumat daxil olub, əməliyyat saat 16.27-də başa çatıb.

 

 

Əməliyyat zamanı 27 nəfər təxliyə olunub, 37 nəfər xilas edilib, 14 cəsəd çıxarılıb: “Təəssüf ki, xəsarət alanlardan biri də gecə xəstəxanada dünyasını dəyişib”.

 

 

K. Heydərov ölkə başçısına bildirib ki, Xətai rayonunda binada baş verən yanğın hadisəsindən sonra ona verilən tapşırıqla araşdırmalar aparılıb: “Mənə verdiyiniz tapşırıqdan sonra biz bu materialla üzlənmiş bütün binaları (ona qədər də əlimizdə materiallar, məlumatlar var idi) araşdırmışıq. Şəhərin əksər yerlərində 24 saatlıq növbətçilik qurmuşuq. Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Dəstəsinin, Yanğın Nəzarəti Xidməti əməkdaşlarının və yanğınsöndürənlərin iştirakı ilə artıq 150 binaya nəzarət təşkil olunub. Ölkədə isə bu qəbildən olan 263 bina var. Əgər icazəniz olarsa, biz 263 binadakı üzlüklər sökülənə qədər orada nəzarəti təmin edə, əraziyə yanğınsöndürən maşınlar da yerləşdirə bilərik". 

 

K. Heydərov həmçinin bildirib ki, binaların üzləndiyi materialın istehsalı ilə məşğul olan zavoda FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Xidmətin laboratoriyası da rəy verib: "Onların FHN-ə təqdim etdikləri sertifikatlar var. Doğrudur, müvfiq idarənin onlara verdiyi rəydə bildirilib ki, bu, çətin yanan materialdır.  Çünki bizə təqdim olunan nümunələrdə qatqı maddəsi olub. Həmçinin həmin məhsul bütün sertifikatlarda göstərilən, Rusiya və Türkiyədən gələn sertifikatlardakı məhsulla eyni tərkibdə olub.

 

Çox təəssüf sonrakı istehsal zamanı bu məhsulu oda davamlı edən qatqı maddəsi qatılmayıb və eyni keyfiyyətdə olmayıb".

 

FHN rəhbəri bildirib ki, binalara üzlük çəkilməsi üçün FHN-nin müvafiq qurumlarının və ekspertizasının rəyinin vacibliyinə baxmayaraq, belə rəylər alınmadan üzlüklər çəkilib: "Biz bu barədə məlumat alanda dəfələrlə sifarişçi təşkilatlara, İcra Hakimiyyətlərinə məktublar göndərmişik. Konkret ünvanlar göstərilməklə, bu işlərin ekspertizasız və FHN-ə müraciət olunmadan aparılması barədə xəbərdarlıq edilib".

 

Mənbə : Lent.az

Kemaleddin Heyderov: "Defelerle bu işlerin ekspertizasız aparıldığı barede xeberdarlıq etmişik" – YENİLƏNİB