İçeriğe geçmek için "Enter"a basın

Gece işıqlar niye söndürüldü?

20-05-2015


xeber –

Bakının Binəqədi rayonunda baş vermiş yanğından sonra dünən gecə şəhərin bir çox yerlərində yanğına həssas materiallarla üzlənən binaların fasadlarında işıqlandırma sistemləri söndürülüb.

ANS PRESS-in məlumatına görə, Yasamal, Binəqədi, Xətai, Nərimanov rayonlarında tez alışan üzlüklü binalarda, daha doğrusu binaların çöl hissəsində əvvəlki günlərdən fərqli olaraq bütün işıqlar söndürülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ANS PRESS-ə verdiyi açıqlamasında bunun yanğınla əlaqədar olmadığını qeyd edib.

“Ola bilər bəzi yerlərdə elektriklə bağlı hansısa probləmə görə işıqlar söndürülsün. Ancaq şəhərin əksər yerlərində binaların fasadlarında olan işıqlandırma sistemləri işləyir”, – deyə Nailə Məmmədova bildirib.

Xatırladaq ki, mayın 19-da Bakıda yanğına həssas üzlüklü 16 mərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

Mənbə : Anspress.com

Gece işıqlar niye söndürüldü?