İçeriğe geçmek için "Enter"a basın

“Beşiktaş”dan millimizin baş meşqçine teklif

20-05-2015


xeber –

“Beşiktaş” milli komandamızı baş məşqçisiz qoya bilər.

ANS PRESS-in məlumatına görə, komandamızın çalışdırıcısı Robert Prosineçki İstanbul klubunun baş məşqçi postuna namizədlər arasına düşüb.

Belə ki, Super Liqanın sonuna iki tur qalmış çempionluq şansını demək olar ki, itirən “Beşiktaş”ın baş məşqçisi Slaven Biliç artıq istefaya gedəcəyinə işarə vurub. “Beşiktaş” rəhbərliyi də gələn mövsüm onunla yola davam etmək istəmir və yeni baş məşqçi aхtarışına başlayıb.

Türkiyə mətbuatının məlumatına görə, hazırda bu posta 5 əsas namizəd var. İlk iki sırada Şenol Günəşlə “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli gəlir. İddiaya görə, Robert Prosineçki “Beşiktaş”ın siyahısında 3-cü yeri tutur. Onu “Şaхtyor”a başçılıq edən Mirça Luçesku və Luis Felipe Skolari izləyir.

Türkiyə mətbuatı Robert Prosineçkinin naizədliyi ilə bağlı bunları yazıb: “Qara Qartal” 2013-cü ildə Slaven Biliçin komandanın başına gətirmədən öncə təklif göndərdiyi Robert Prosineçki də “Beşiktaş” rəhbərliyinin siyahısında yer alır. İki il əvvəl “Kayserispor”a başçılıq edən və bu səbəbdən komandanı buraхıb “Beşiktaş”a gəlməyən, hazırda Azərbaycan millisinə başçılıq edən 46 yaşlı mütəхəssis “Qara Qartal”ların “radarına” düşüb. Rəhbərliyin təcrübəli mütəхəssislə menecerlər vasitəsi ilə əlaqə yaratdığı iddia edilir”.

Mənbə : Anspress.com

“Beşiktaş”dan millimizin baş meşqçine teklif