İçeriğe geçmek için "Enter"a basın

Rusiya Avropaya elini uzadır

20-05-2015


xeber –

Rəsmi Moskva Qərblə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Dövlət Dumasının yuxarı palatası sayılan Federasiya Şurasında çıxışı zamanı söyləyib.

XİN rəhjbəri deyib: “Rusiya Vaşinqtonun nüfuzundan istifadə edərək Ukraynanın yeni hərbi avantüralarının qarşısını alacağına ümid bəsləyir.”

Bundan əlavə, S.Lavrov ötən gün Brüsselə səfəri zamanı Avropa İttifaqını Rusiyanın maraqlarına ziyan vuracaq addımlara qarşı olmağa çağırıb: “Avropa İttifaqının şərq qonşuları ilə münasibətləri Moskvaya mənfi təsir göstərməməlidir.”

Xatırladaq ki, mayın 21-22-də Riqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin sammiti keçiriləcək. Bu proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus daxildir. Məqsəd bu ölkələrin Avropaya inteqrasiyasını dərinləşdirməkdir.

Mənbə : Anspress.com

Rusiya Avropaya elini uzadır