İçeriğe geçmek için "Enter"a basın

Bakıda qeza tıxac yaratdı

20-05-2015


20.05.2015 / 21:30 xeber –

Bakıda ağır yol -nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, qəza Abbasqulu Ağa Bakıxanov küçəsilə Mərdanov Qardaşları küçəsinin kəsişməsində (Türkiyə səfirliyi istiqamətdə) baş verib.

 

Hadisə yerinə təcili tibbi yardım gəlib. Qəza nəticəsində həmin istiqamətdə sıxlıq yaranıb.

 

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  verilən məlumata görə, sürücülər alternativ yol kimi Akademik Həsən Əliyev küçəsi ilə hərəkət edə bilərlər.

Mənbə : Lent.az

Bakıda qeza tıxac yaratdı