İçeriğe geçmek için "Enter"a basın

“Vahid Əlekberov, besdi!” – "Lukoyl"-un sahibi tenqid edildi

20-05-2015


20.05.2015 / 22:44 xeber –

“NTV+” idman kanalının baş redaktoru Vasili Utkin “Spartak”ın prezidenti Vahid Ələkbərovu sərt tənqid edib. Apasport.az saytının məlumatına görə, tanınmış jurnalist “Spartak” üçün baş məşqçiliyə namizədlər haqqında yazdığı yazısında azərbaycanlı iş adamına müraciət ünvanlayıb.

 

İş adamının klubun idarəçiliyində ön planda olmasının vacibliyini vurğulayan tanınmış şərhçi Vahid Ələkbərovu aktiv olmağa çağırıb:

 

“Vahid Yusifoviç, artıq bəsdi! “Spartak” məhz sizindir, başqa heç kimin deyil. Klubu axmaqcasına da olsa, siz özünüz idarə etməlisiniz. Yetər artıq, hansısa fiqurun arxasında gizləndiniz.

 

“Spartak”ın sahibi Vahid Ələkbərovdur, Leonid Fedun deyil. Sözüm sizədir, artıq ön plana çıxın və özünüz qərar verin!”

 

Xatırladaq ki, Leonid Fedun “Lukoyl” şirkətinin vitse-prezidentidi. O, eyni zamanda 2004-cü ildən bəri “Spartak”ın Direktorlar Şurasının üzvüdü.

Mənbə : Lent.az

“Vahid Əlekberov, besdi!” – "Lukoyl"-un sahibi tenqid edildi