İçeriğe geçmek için "Enter"a basın

Ermenistanın Azerbaycanla serhed bölgesinin qubernatoruna sui-qesd – Şekil

21-05-2015


xeber –

Ermənistanın Sünik vilayət (qədim Göyçə mahalı) qubernatoru Surik Xaçatryanın avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub

ANS PRESS-in məlumatına görə, xəbəri qubernatorun müşaviri Zarzand Nikoqosyan təsdiq edib. Nikoqosyan hadisə zamanı zərərçəkənlərin olmadığını bildirib.

Qubernator özü sürücü və köməkçisi ilə maşında olub. Atəş açanların kim olduğu haqda məlumat yoxdur.

Hüquq mühafizəçiləri insidenti qubernatorun həyatına sui-qəsd kimi qiymətləndiriblər.

Xatırladaq ki, Surik Xaçatryanın və ailəsinin adı əvvəllər də qalmaqallı əhvalatlarda hallanıb. Bir neçə il əvvəl onun evində Qarabağdan olan hərbi hissə komandirinin və Ermənistanın müdafiə nazirinin iştirakı ilə yeyib-içmək məclisi zamanı evin qarşısında atışma olub. Bu zaman bir nəfər öldürülüb. Atışmada qubernatorun mühafizəçiləri iştirak edib, Xaçaturyan bu qalmaqala görə istefaya getsə də yenidən işinə bərpa olunub.

Faktla bağlı araşdırma aparılır və cinayət işi açılıb.

Mənbə : Anspress.com

Ermenistanın Azerbaycanla serhed bölgesinin qubernatoruna sui-qesd – Şekil