İçeriğe geçmek için "Enter"a basın

Yanan binadan çıxarılan 2 yaşlı Muradla bağlı son xeber – Video

21-05-2015


xeber –

Yanğından xilas edilən 2 yaşlı Muradın səhhəti yaxşılaşır. Artıq o, özünü yaxşı hiss edir. Azyaşlının anası da həmin xəstəxanada müalicə alır və onun da səhhətində heç bir problem yoxdur. İki gündən sonra ölümün pəncəsindən qayıdan ana və bala xəstəxanadan çıxacaq.

ANS TV-nin köməyi ilə yaxınlarına qovuşan 2 yaşlı Murad Həsənov artıq özunu yaxşı hiss edir. 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikolgiya şöbəsində müayinə olunan Murad anasının köməyi ilə həyatda qala bilib.

Azyaşlının bibisi Elnarə Rəsulova bildirir ki, xəbəri eşidən kimi dərhal toksikologiya şöbəsinə gəlib. Məlum olub ki, Muradın anası Nərminə Həsənova da şöbənin birinci mərtəbəsində müayinə olunur. Sadəcə onların bir-birindən xəbəri yoxdur:

“Xəstəxanaya gələrək burda çalışan işçilərdən soruşmağa başladım. 2-3 yaşında olan bir oğlan uşağı bura gətiridikləri barədə xəbərlərdə eşitdyimi onlara dedim. Ümid edirdim ki, bu, Murad olacaq. Elə də oldu, Muradı tapdım. Çox şadam. Bununla bağlı kanal əməkdaşlarına da öz minnətdarlığımı bildirirəm”.

Yanğın zamanı azyaşlının anası uşağı mənzildən xilas edərək çıxarkən huşunu itrərək yıxılıb. Murad da köməksiz vəziyyətdə anasının yanında qalıb. Bu zaman binanın dəhlizindən keçən Elşən Məmmədov azyaşlını xilas edərək binadan çıxara bilib.

“Yangın baş verən zaman blokda olan bir azyaşlı uşağı götürüb “20 Yanvar” ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin Diaqnostika Mərkəzinə gətirdim. Ordan da uşağı 1 Saylı Şəhər Xəsətəxansının Toksikologiya şöbəsinə apardıq. 2-3 yaşılarında olan bir oğlan uşağı idi”, – deyə azyaşlını xilas edən Elşən Məmmədov bildirib.

Muradın anasını isə xilasedicilər xəstəxanya çatdırıb. Mənzildə olan ailənin ağbirçəyinə gəlincə onu xilas etmək mümkün olmayıb. Muradın nənəsi tüstüdən boğularaq dünyasını dəyişib.

Toksikolgoya şöbəsinin müdiri Azər Maqsudovun dediyinə görə, Murad Hüseynovun artıq səhhətində heç bir problem yoxdur. Anasının vəziyyəti isə qənəatbəxşdir.

Xatırladaq ki, ötən gün “İç xəbər”in günorta buraxılışında yanğın zamanı valideynlərindən uzaq düşən, tüstüdən zəhərlənən iki yaşlı uşaqla bağlı xəbər efirə gedən kimi o, qohumlarına qovuşub.

Mənbə : Anspress.com

Yanan binadan çıxarılan 2 yaşlı Muradla bağlı son xeber – Video