İçeriğe geçmek için "Enter"a basın

UEFA-dan türk hakime qadağa

21-05-2015


xeber –

Çempionlar Liqasının final matçına təyinat alan türkiyəli hakim Cüneyt Çakıra qadağa qoyulub.

ANS PRESS-in məlumatına görə, UEFA ona final oyununa qədər mətbuata müsahibə verməməyi tapşırıb.

Final görüşünə təyinatdan sonra Çakırın telefonu susmaq bilməyib. Bir çox mətbuat orqanları onda müsahibə almaq istəyib. UEFA Türkiyə Futbol Federasiyasına ünvanladığı məktubda Çakırın final görüşünə qədər mətbuata müsahibə verməməsini tapşırıb.

Qeyd edək ki, “Barselona” və “Yuventus” komandaları arasında oynanılacaq final qarşılaşması iyunun 6-ı Berlinin “Olimpiya” stadionunda keçiriləcək.

Mənbə : Anspress.com

UEFA-dan türk hakime qadağa