İçeriğe geçmek için "Enter"a basın

Rusiyada litvalı casus tutuldu

21-05-2015


xeber –

Rusiya Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri məxfi informasiyanın alınması vaxtı Litva kəşfiyyatının əməkdaşını saxlayıblar.

ANS PRESS-in məlumatına görə, bu haqda Federal Təhlükəsizlik Xidməti xəbər verib.

“Mayın 19-da Moskvada Rusiyanın Federal Təhlükəsizlik Xidməti Litva vətəndaşını saxlayıb. Həmin şəxs Litva Respublikasının qeyri-leqal kəşfiyyatının əməkdaşıdır. Xarici kəşfiyyatçı sənədli məxfi informasiyanın Rusiya vətəndaşından alma vaxtı cinayət başında tutulub. Dəlillərin təqdimatından sonra o, ifadələrində Litva hərbi kəşfiyyatının zabiti olduğunu etiraf edib”, – deyə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.

Hazırda casus “Lefortovo” istintaq təcridxanasında saxlanılır.

Mənbə : Anspress.com

Rusiyada litvalı casus tutuldu