İçeriğe geçmek için "Enter"a basın

UEFA-dan Cüneyt Çakıra qadağa

21-05-2015


21.05.2015 / 01:29 xeber –

Çempionlar Liqasının  final matçına təyinat alan türkiyəli hakim Cüneyt Çakıra qadağa qoyulub.

 

Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, UEFA ona final oyununa qədər mətbuata müsahibə verməməyi tapşırıb.

 

Final görüşünə təyinatdan sonra Çakırın telefonu susmaq bilməyib.  Bir çox mətbuat orqanları onda müsaibə almaq istəyib.

 

 UEFA Türkiyə Futbol Federasiyasına ünvanladığı məktubda Çakırın final görüşünə qədər mətbuata müsahibə verməməsini tapşırıb.

 

Qeyd edək ki, "Barselona" və "Yuventus" komandaları arasında oynanılacaq final qarşılaşması iyunun 6-ı Berlinin "Olimpiya" stadionunda keçiriləcək.

Mənbə : Lent.az

UEFA-dan Cüneyt Çakıra qadağa