İçeriğe geçmek için "Enter"a basın

Federasiya prezidenti kellemayallaq aşdı – Şekil

21-05-2015


xeber –

Avstraliyanın futbol üzrə ölkə çempionatının (A Liqası) finalını azarkeşlər, çətin ki, unudalar. Melburn şəhərində oynanılan final matçında yerli “Melburn” ilə “Sidney” qarşılaşıb. Meydan sahibləri görüşü 3:0 hesablı qələbə ilə başa vuraraq Avstraliya çempionu titulunu qazanıblar.

Matçdan sonrakı mükafatın təqdimat mərasiminə Avstraliya Futbol Federasiyasının (FFA) prezidenti Frenk Lui başçılıq edib. 84 yaşlı multimilyarder, “Westfield” marketlər şəbəkəsinin sahibi və Avstraliya futbolunun “babası” sayılan Frenk Lui Kuboku götürərək “Melburn”un kapitanı Mark Milliqana vermək istəyəndə platformadan kəlləmayallaq yıxılıb. Xoş təsadüfdən Frenk Lui ağır travmalar almayıb və ayağa duraraq çempionları təbrik edib.

“AAMI Park” stadionunun arenasında baş vermiş olayın videosu sosial şəbəkələrdə “virus”a çevrilib.

Mənbə : Anspress.com

Federasiya prezidenti kellemayallaq aşdı – Şekil