İçeriğe geçmek için "Enter"a basın

İŞİD tarixi şeheri ele keçirdi

21-05-2015


xeber –

İŞİD terrorçu qruplaşması qədim Suriya şəhəri Palmiri tam nəzarət altına alıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Suriya insan hüquqları məlumatlarına istinadən Reuters xəbər verib.

Məlumatda İŞİD terror qruplaşmasının Suriyanın tarixi şəhərinə girdiyi bildirilir.

Monitorinq qrupu qeyd edib ki, döyüşçülər demək olar ki, bütün şəhəri tutublar. Şəhərin kənarlarında yerləşmiş Suriya ordusunun taleyi naməlumdur.

Daha əvvəl məlum olub ki, Palmiri bütün sakinləri təxliyyə edilmişdilər. Bundan başqa YUNESKO İŞİD terror qruplaşmasının hücumundan əvvəl yüzlərlə qədim heykəlin qədim Suriya şəhərindən təhlükəsiz yerə çıxardılmasını bildirib.

Mənbə : Anspress.com

İŞİD tarixi şeheri ele keçirdi