İçeriğe geçmek için "Enter"a basın

Türk idmançılar Bakıya gelir

21-05-2015


xeber –

Türkiyə “Bakı-2015” birinci Avropa Oyunlarında 81-i qadın, 110-u kişi olmaqla 191 idmançı ilə iştirak edəcək.

ANS PRESS-in məlumatına görə, qardaş ölkədən gələcək ən böyük idmançı qruplarından biri güləşçilər olacaq. “Bakı-2015”də sərbəst və yunan-Roma güləşi üzrə Türkiyədən 8-i qadın olmaqla 24 atlet mübarizə aparacaq.

Türkiyə Güləş Federasiyasının prezidenti Musa Aydın bildirib ki, qardaş ölkənin güləşçiləri Avropa Oyunları ərəfəsində son hazırlıqlarını davam etdirirlər. Türkiyə idmançıları ikinci vətənlərindən – Azərbaycandan medallarla qayıtmaq əzmindədirlər. O, hesab edir ki, qardaş Azərbaycanın “Bakı-2015”in təşkilindəki uğuru Türkiyənin də nailiyyəti kimi qiymətləndirilməlidir.

Bakıda medal uğrunda mübarizə aparacaq türkiyəli idmançılardan biri də sərbəst güləş üzrə üçqat Avropa çempionu, ötən il 125 kiloqram çəki dərəcəsində dünya çempionu adını qazanan Taha Akgüldür. O, bir neçə gün əvvəl “Bakı-2015” birinci Avropa Oyunlarının beynəlxalq idman elçisi seçilib.

Türkiyə idman ictimaiyyətinin nümayəndələri Azərbaycanda idmana böyük qayğı göstərildiyini qeyd edərək ölkəmizin “Bakı-2015”i yüksək səviyyədə təşkil edəcəyinə inandıqlarını vurğulayıblar.

Mənbə : Anspress.com

Türk idmançılar Bakıya gelir