İçeriğe geçmek için "Enter"a basın

İraq ordusu genişmiqyaslı emeliyyata hazırlaşır – Video

21-05-2015


xeber –

İraq ordusu Ənbər vilayətinin paytaxtı Ramadi şəhərini “İŞİD”dən azad etmək üçün genişmiqyaslı əməliyyata hazırlaşır. Şəhərin itirilməsi rəsmi Bağdad üçün ağır zərbə olub.

ANS TV-nin məlumatına görə, Ramadi uğrunda bir neçə ay ərzində davam edən döyüşlərdə yüzlərlə insan həlak olub. Minlərlə şəhər sakini silahlıların tutduğu şəhərdən köç edib. İraq ordusunun briqada-generalı Saad Maan əmin edir ki, Ramadi şəhərinə nəzarətin bərpa olunması “bir neçə günün işidir”.

Yüksək rütbəli zabitə görə, Əl Haşid şiyə döyüşçüləri şəhər döyüşləri aparmaqda böyük təcrübəyə malikdir və onların və Daxili İşlər Nazirliyi qüvvələrinin birliyi lə şəhər tezliklə “İŞİD”dən geri alınacaq.

Bu arada Suriyada “İŞİD” qruplaşmasının döyüşçüləri ölkənin ən qədim şəhərlərindən sayılan Palmiranın böyük hissəsini ələ keçirib. Terrorçular UNESCO-nun Dünya İrs siyahısına daxil edən tarixi – memarlıq abidəsini tutacağı təqdirdə onu məhv edəcəyini açıqlayıblar. Palmira ətrafında gedən döyüşlərdə artıq 300 nəfərə yaxın insanın öldüyü bildirilir.

İnqilab yaşanan müsəlman ölkələrində baş verənlərə qısa nəzər salsaq görərk ki, siyasi prosseslərlə yanaşı mədəniyyət abidələrilə bağlı da eyni senarri aparılır.

Misirdə də Təhrir meydanında inqilab baş verərkən, Misirin sərvətinin saxlanıldığı tarix muzeyi qarət olundu, koalisiya qüvvələri də iraqa daxil olanda İraqın tarix müzeyi talandı, “İŞİD” isə Suriyada müzeylər nədir, hətta Nəsmi kimi şairin məzarını belə dağıtdı.

İraqda isə Assuriya dövlətinin abidələrini yerlə-yeksan etdilər. Amma bəzi mənbələrə görə, “İŞİD” görüntü üçün bir iki abidəni dağıdır, qalanları isə elə terroçular tərfindən Qərb dövlətlərinə satılır. Hətta satılan eksponatlara “İBEY” onlayın satış saytında da rast gəlinir.

Mənbə : Anspress.com

İraq ordusu genişmiqyaslı emeliyyata hazırlaşır – Video