İçeriğe geçmek için "Enter"a basın

Obama Rusiyaya qarşı yeni embarqolara imza atacaq

17-12-2014

obama-rusyayaqarsi

ABŞ Konqresində Rusiyaya qarşı tətbiq ediləcək olan yeni sanksiyalar barədə qanuna müsbət yanaşılır.

ABŞ hökümətinin mətbuat katibi Josh Earnest bildirib ki, qanun “müttəfiqlərə çaşdırıcı mesaj“ göndərib, lakin cənab Barack Obama onu imzalayacaq, çünki o, “rahatlığı qoruyur”.

Rusiya rublu, bu il neft qiymətlərinin aşağı düşməsi və Qərb sanksiyaları fonunda dəyərinin yarısını itirib.

Çərşənbə axşamı valyuta ticarətdə sərbəst buraxılıb.

Yeni qanun həmçinin, cənab Obamaya Ukraynaya hərbi dəstək göstərmək səlahiyyəti verəcək.

ABŞ və Avropa qüvvələri daha öncə də Krımın ilhaqı və şərqi Ukraynadakı separatçılara dəstək göstərdiyi üçün Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Romada Rusiyanın xarici işlər naziri ilə görüşmüş dövlət katibi John Kerry deyib: “Bu sanksiyalar prezident Putinin edəcəyi seçimdən asılı olaraq, bir neçə həftə və ya gün ərzində qaldırıla bilər”.

Ancaq Kerry bildirib ki, Rusiya son günlərdə “konstruktiv” addımlar atıb.

Azadliq.az

Obama Rusiyaya qarşı yeni embarqolara imza atacaq